Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” ABŞ-nin “Habib American Bank” ilə əməkdaşlığa başladı

“AFB Bank” ABŞ-nin “Habib American Bank” ilə əməkdaşlığa başladı

← Bütün xəbərlər
Tarix:

03 Aug, 2022

Baxış sayı:

2503 nəfər

“AFB Bank” ABŞ-nin “Habib American Bank” ilə əməkdaşlığa başladı

Xidmət keyfiyyətinin artırılması, müştərilərə daha rahat və səmərəli xidmətin göstərilməsi məqsədi ilə “AFB Bank” müxbir əlaqələr şəbəkəsini genişlətməkdədir. 22.07.2022-ci tarixdən etibarən AFB Bank  ABŞ-nın beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan “Habib American Bank”-la strateji əməkdaşlığa başlamışdır və ABŞ dollarında müxbir hesab açmışdır.

“Habib American Bank” geniş müxbir bank şəbəkəsinə malik olan sadə, rahat, təhlükəsiz ödəniş sistemləri və texnologiyaları ilə seçilən önəmli banklardan hesab olunur.

Qeyd edək ki, “Habib American Bank” “USD Clearing” hesablaşmaları üzrə ilk onluqda yer alır.

Bu əməkdaşlıq çərçivəsində artıq “AFB Bank” müştəriləri xarici valyuta əməliyyatlarını daha asan və sürətli həyata keçirə biləcək. Dollar əməliyyatlarının sadə və asan şəkildə icrasını təmin edən bu uğurlu əməkdaşlıq müştərilərin bank əməliyyatlarını daha funksional bir hala gətirəcək.

Xüsusi olaraq qeyd edək ki, günümüzdə xarici valyuta əməliyyatlarının artması, bu əməkdaşlığı müştərilər üçün daha da önəmli edir.

Bankın məhsul və kampaniyaları  ilə bağlı daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi AFB Bank səhifələrindən əldə etmək mümkündür.

Tarix:

03 Aug, 2022

Baxış sayı:

2503 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.