Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” 2022-ci ilin I rübünü mənfəətlə başa vurub

“AFB Bank” 2022-ci ilin I rübünü mənfəətlə başa vurub

← Bütün xəbərlər
Tarix:

22 Apr, 2022

Baxış sayı:

4852 nəfər

 

Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2022-ci ilin I rübünü 1 milyon 854 min manat xalis mənfəətlə başa vurub.

Cari ilin I rübündə xalis faiz gəlirləri üzrə 3.6 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.2 milyon gəlir əldə edilib.

Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20%, “AFB Bank”ın  ümumi kredit məhsulları üzrə satışı isə ötən ilin eyni dövrü ilə müqayisədə 70% -ə qədər artmışdır.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 48% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 46%-dən çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 82 milyon manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir.

 

Tarix:

22 Apr, 2022

Baxış sayı:

4852 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.