Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” 2022-ci ili 11 mln. manata yaxın xalis mənfəətlə başa vurub

“AFB Bank” 2022-ci ili 11 mln. manata yaxın xalis mənfəətlə başa vurub

← Bütün xəbərlər
Tarix:

25 Jan, 2023

Baxış sayı:

1846 nəfər

Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, 2022-ci ildə xalis mənfəəti 17% artımla başa vurmuşdur. Belə ki, “AFB Bank” ASC ötən ildə 10 milyon 884 min manat manatlıq xalis mənfəət etdiyi məlum oldu.

Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artmışdır. Belə ki, Cari ildə xalis faiz gəlirləri üzrə 15.4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 7.4 milyon gəlir əldə edilib.


Ötən illə müqayisədə Banka cəlb olunmuş hüquqi şəxslərin sayında 3 dəfəyə yaxın artım müşahidə olmuşdur.

Fiziki şəxslərin müddətli depozit məbləğ üzrə 5 dəfədən çox artım olmuşdur. Fiziki şəxslər üzrə cəmi depozit portfeli isə 18% artmışdır.

Bankın Korporativ kreditlər üzrə satışında əhəmiyyətli dərəcədə artım olmuşdur, belə ki, hesabat dövrünün ötən il ilə müqaisədə 83% artıq satış edilmişdir.  Eyni zamanda Pərakəndə kreditlər üzrə də 20% artım olmuşdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 82.5 milyon manat təşkil edir.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.

Ötən il bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 15% artmışdır. Belə ki, 2022-ci ildə ROE 12.9%, ROA isə 3.9% təşkil etmişdir.

AFB Bank, xidmət keyfiyyətinin artırılması məqsədi ilə müxbir əlaqələrini genişləndirərək, ötən il ABŞ-nın “Habib American Bank”-la strateji əməkdaşlığa başlamışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir.

Tarix:

25 Jan, 2023

Baxış sayı:

1846 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.