Mühasibatlıq üzrə aparıcı/baş mütəxəssis
Tarix:
08 May, 2024
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- ACCA F3 sertifikatının olması üstünlükdür;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Bankın əsas vəsaitlərinin və qeyri-maddi aktivlərinin vaxtaşırı amortizasiyasının hesablanması;
- Bankdaxili köçürmə və digər əməliyyatların aparılmasının həyata keçirilməsi, xərclərin tanındılması;
- İcarə gəlir və xərclərinin uçotunun aparılması;
- Ezamiyyə, təhtəl hesab, azqiymətli tezköhnələn əşyalar üzrə uçotun aparılması;
- Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və rüsumların hesablanmasının və köçürülməsinin həyata keçirilməsi;
- Strukturun əsasnaməsinə uyğun olaraq həvalə olunmuş digər tapşırıqların həyata keçirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mühasibatlıq üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Maliyyə strukturu - Mühasibatlıq üzrə aparıcı/baş mütəxəssis
Tarix:
08 May, 2024
Şəhər:
Bakı