“AFB BANK” ASC "Office 365 Business Basic və Microsoft Defender Plan1" paketinin satın alınması ilə bağlı tender elan edir.
Tarix:
14 Jan, 2022
Baxış sayı:
5304 nəfər
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Office 365 Business Basic və Microsoft Defender Plan1 paketinin satın alınması.
Tenderin elan tarixi: 19.01.2022
Tenderin son tarixi : 28.01.2022
Satın alınacaq məhsul: Office 365 Business Basic və Microsoft Defender Plan1 paketi
Texniki məlumatlar və tələblər:
- Alınacaq məhsul Microsoft Office 365 Business Basic və Microsoft Defender Plan 1;
- İşçi sayı 220;
- Hal hazırda istifadə olunan məhsul Exchange Server 2010 14.3.399;
- Miqrasiya Hybrid versiyada keçirlməlidir. Exchange upgrade olunmayacaq, keçid bitdikdən sonra exchange dayandırılacaqdır yerinə SMTP connector relay məqsədi ilə əvəz oluna bilər;
- Plana uyğun 05.03.2022 – 30.04.2022 ci il tarixində tam bitməlidir;
- İstifadəçilərin istifadə etdiyi proqram təminatı Office 2013, 2016;
- Exchange Online konfiqurasiya və miqrasiya işlərində partnyor tərəfdən dəstək;
- Sonra kı zamanda istifadəçi sayı artdıqda çox qısa bir zamanda əlavə lisenziyanı təmin etmək imkanı (Müqaviləyə əlavə edilmək ilə).
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 28.02.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri, zəmanət müddəti və şərtləri, çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 28.01.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.