Texniki Dəstək üzrə mütəxəssis
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (İT və ya texniki sahə üzrə);
- İT sahədində minimum 1-2 il iş təcrübəsi;
- Windows əməliyyat sistemləri üzrə praktik biliklər (Windows 10/11);
- Kompüter avadanlıqları (PC, laptop, printer, skaner) üzrə texniki biliklər;
- Proqram təminatının qurulması və ilkin sazlanması üzrə təcrübə;
- Active Directory üzrə əsas biliklər (istifadəçi yaradılması, bloklanması, parolun dəyişdirilməsi);
- Şəbəkə əsasları üzrə biliklər (IP ünvanlama, LAN, Wi-Fi);
- Texniki problemlərin ilkin diaqnostikası və həlli bacarığı;
- Ticket sistemi və müraciətlərin qeydiyyatı ilə işləmə bacarığı;
- Komanda ilə işləmə və operativ ünsiyyət bacarığı;
- Stressə davamlılıq və eyni vaxtda bir neçə müraciətin idarə edilməsi bacarığı;
- Azərbaycan dili – səlis, Rus dili – arzuolunandır (İngilis dili texniki səviyyədə üstünlükdür).
İŞİN TƏSVİRİ:
İstifadəçilərdən daxil olan texniki müraciətlərin (telefon, ticket, e-mail) qəbulu və icrası;
İşçi stansiyalarda və kompüter avadanlıqlarında yaranan texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
- Bankda istifadə olunan proqram təminatı və avadanlıqlar üzrə ilkin diaqnostikanın aparılması və nəticələrin aidiyyəti mütəxəssislərə ötürülməsi;
- Kompüter avadanlıqlarına proqram təminatının qurulması və ilkin sazlanmasının həyata keçirilməsi;
- Əməliyyat sistemləri və tətbiqlər üzrə nasazlıqların aradan qaldırılması;
- Active Directory istifadəçi hesabları üzrə əsas əməliyyatların icrası (yaradılma, bloklama, parolun dəyişdirilməsi);
- Şəbəkə problemlərinin ilkin səviyyədə diaqnostikası (LAN, Wi-Fi);
- Printer, skaner və digər periferik qurğuların sazlanması və texniki dəstəyi;
- Kompüter və İT avadanlıqlarının inventar uçotunun aparılması;
- Eskalasiya tələb edən texniki problemlərin Level-2 və ya müvafiq mütəxəssislərə yönləndirilməsi;
- Direktor və menecer tərəfindən bu sahə üzrə verilən tapşırıqların icrası.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Texniki Dəstək üzrə mütəxəssis” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
İT strukturu - Texniki Dəstək üzrə mütəxəssis
Şəhər:
Bakı