Texniki Dəstək üzrə baş mütəxəssis
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (İT və ya texniki sahə üzrə);
- İT sahədində minimum 2-3 il iş təcrübəsi (texniki dəstək və ya sistem inzibatçılığı üzrə);
- Windows əməliyyat sistemləri və işçi stansiyalar üzrə dərin biliklər;
- Kompüter avadanlıqları (PC, laptop, printer, skaner və s.) üzrə praktiki təcrübə;
- Proqram təminatının qurulması, sazlanması və nasazlıqların aradan qaldırılması üzrə təcrübə;
- Helpdesk / ticketing sistemləri ilə işləmə və proseslərin optimizasiyası üzrə təcrübə;
- Texniki problemlərin dərin diaqnostikası və eskalasiyaların idarə edilməsi bacarığı;
- Texniki dəstək komandasının koordinasiyası və tapşırıqların bölgüsü üzrə təcrübə;
- Gündəlik işlərin planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
- Komanda üzvlərinin performansının qiymətləndirilməsi, mentorluq və təlim keçmə bacarığı;
- Texniki sənədləşmə, prosedur və instruksiyaların hazırlanması təcrübəsi;
- Rəhbərliklə effektiv ünsiyyət və hesabatvermə bacarığı;
- Stressə davamlılıq və kritik vəziyyətlərdə operativ qərarvermə bacarığı;
- Azərbaycan dili – səlis, Rus dili – arzuolunandır; İngilis dili – texniki səviyyədə.
İŞİN TƏSVİRİ:
Mürəkkəb və kritik texniki problemlər üzrə eskalasiyaların qəbul edilməsi, dərin diaqnostikanın aparılması və həllinin təmin edilməsi;
Bankda istifadə olunan proqram təminatı və İT avadanlıqlarında yaranmış texniki problemlərin aradan qaldırılması;
- Kompüter avadanlıqlarına proqram təminatının qurulması, sazlanmasının həyata keçirilməsi və aşkar edilmiş qüsurların aradan qaldırılması;
- Helpdesk / ticketing sistemlərində proseslərin təkmilləşdirilməsi və optimizasiyasının aparılması;
- Texniki dəstək komandasının fəaliyyətinin koordinasiyası və tapşırıqların bölüşdürülməsi;
- Gündəlik texniki fəaliyyətlərə nəzarət edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və işlərin icrasının izlənilməsi;
- Komandanın performans göstəricilərinin monitorinqi, mentorluq və daxili təlimlərin təşkili;
- Texniki həllərin, prosedurların və iş axınlarının sənədləşdirilməsinin təmin edilməsi;
- Eskalasiya və kritik insidentlər zamanı rəhbərliyə vaxtında və düzgün məlumatın təqdim edilməsi;
- Direktor və menecer tərəfindən bu sahə üzrə verilən tapşırıqların icrası.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Texniki Dəstək üzrə baş mütəxəssis” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
İT strukturu - Texniki Dəstək üzrə baş mütəxəssis
Şəhər:
Bakı