İT strukturu
Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis (Senior Network Administrator)
← Bütün vakansiyalar
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İT, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- LAN, WAN, Data Center və DR mühitlərində minimum 5 il praktiki təcrübə;
- High Availability, redundancy və failover həllərinin real mühitlərdə tətbiqi təcrübəsi;
- L2/L3 şəbəkə texnologiyaları üzrə dərin bilik;
- WAN və edge infrastrukturu üzrə təcrübə;
- Enterprise səviyyəli Data Center şəbəkələri üzrə təcrübə;
- Şəbəkə performansının optimallaşdırılması və operativ idarəetmə bacarığı;
- WAF (Web Application Firewall)
- Enterprise səviyyəli Wi-Fi şəbəkələri üzrə təcrübə;
- IP telefoniya və real-time trafik üçün şəbəkə dəstəyi təcrübəsi;
- Sənədləşmə və standartlara riayət bacarığı;
- Bilikləri təsdiq edən beynəlxalq sertifikatların olması üstünlükdür
- Analitik düşünmə və problemlərə sistemli yanaşma
- Yüksək məsuliyyət hissi və kritik mühitlərdə təzyiq altında işləmək bacarığı
- Komanda ilə effektiv əməkdaşlıq və texniki koordinasiya
- Dəyişikliklərə çevik adaptasiya və proaktiv yanaşma
İŞİN TƏSVİRİ:
- LAN, WAN, Data Center və DR mühitləri üçün şəbəkə arxitekturasının layihələndirilməsi, inkişaf etdirilməsi və sənədləşdirilməsi; IP ünvanlama, subnetləşmə, routing dizaynı və şəbəkə topologiyalarının hazırlanması
- High Availability, redundancy və failover mexanizmlərinin qurulması; Data Center və ehtiyat mühitlərdə kritik sistemlər üçün stabil və fasiləsiz şəbəkə əlaqəsinin təmin edilməsi
- Switch və router səviyyəsində şəbəkə avadanlıqlarının konfiqurasiyası və istismarı; VLAN, trunking, spanning-tree, link aggregation və routing protokollarının (OSPF, BGP, static routing və s.) tətbiqi
- WAN bağlantıları və provayder xətləri ilə iş; firewall və edge cihazlar üzərindən trafik axınının düzgün qurulması, NAT və VPN (site-to-site, remote access) bağlantılarının texniki konfiqurasiyası
- Şəbəkə və veb əsaslı informasiya resurslarının təhlükəsizliyinin artırılması məqsədilə WAF (Web Application Firewall) texnologiyası üzrə ümumi nəzarətin həyata keçirilməsi. Mövcud veb servislərin WAF mühitində monitorinqinin təmin edilməsi, təhlükəsizlik siyasətlərinin tətbiqi və potensial təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması.
- Şəbəkə trafikinin optimallaşdırılması, performansın artırılması və şəbəkə avadanlıqlarının mövcudluğunun və iş qabiliyyətinin izlənməsi
- Bankın Data Center mühitində istifadə olunan Data Center switch-lərinin konfiqurasiyasının aparılması və idarə edilməsi. Şəbəkənin yüksək əlçatanlığını təmin etmək məqsədilə redundancy mexanizmlərinin (vPC, HSRP/VRRP və s.) tətbiqi və nəzarətdə saxlanılması. VLAN, ACL və digər təhlükəsizlik sazlamalarının həyata keçirilməsi, şəbəkə trafikinə davamlı monitorinq və xidmətlərin fasiləsizliyinin təmin olunması. Switch-lərin proqram təminatının (NX-OS) yenilənməsi, dəyişikliklərin planlı şəkildə icrası və nasazlıqların operativ aradan qaldırılması.
- Enterprise səviyyəli simsiz (Wi-Fi) şəbəkələrin dizaynı və istismarı; corporate və guest Wi-Fi şəbəkələrinin ayrılması
- Şəbəkə konfiqurasiyalarının, sxemlərin və daxili texniki prosedurların hazırlanması və mütəmadi yenilənməsi
- Bankın korporativ İP telefoniya (VoİP) sisteminin idarə olunmasında, təkmilləşdirmə işlərində iştirak edir və dəstək göstərir;
- Bankda bütün istifadə olan İT platformaların əməliyyatları üçün 24/7 fəaliyyətini təmin edir;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
İT strukturu - Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis (Senior Network Administrator)
Şəhər:
Bakı