Ödəniş kartları üzrə baş mütəxəssis
Tarix:
21 Nov, 2024
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
- Normativ sənədləri bilmək.
İŞİN TƏSVİRİ:
- Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
- Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
- Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
- VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
- VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
- E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
- Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
- Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
- Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
- Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
- Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Əməliyyatlar strukturu - Ödəniş kartları üzrə baş mütəxəssis
Tarix:
21 Nov, 2024
Şəhər:
Bakı