Risklərin idarə edilməsi strukturu
Maliyyə Riskləri üzrə Şöbə müdiri / Bölmə rəhbəri
← Bütün vakansiyalar
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahələr üzrə);
- Bank sektorunda risklərin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə üstünlükdür;
- Maliyyə risklərinin ölçülməsi və monitorinqi üçün istifadə olunan metodologiya və alətlər üzrə biliklər;
- Kredit portfeli analizi, stres-test, ssenari analizi və risk limitlərinin tətbiqi üzrə praktiki bacarıqlar;
- Likvidlik riskinin idarə edilməsi göstəriciləri (LCR, NSFR, GAP analizi, pul axınları) üzrə biliklər;
- Kredit, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə;
- Bazar riskləri üzrə faiz dərəcəsi və valyuta risklərinin qiymətləndirilməsi üzrə anlayış
- Tənzimləyici tələblər (Mərkəzi Bank, Basel prinsipləri, IFRS 9 – ECL yanaşması və s.) üzrə biliklər;
- Risklərin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara (FRM və s.) sahib olmaq üstünlükdür;
- Güclü analitik düşünmə, məlumatların strukturlaşdırılması və nəticə yönümlü təhlil bacarığı;
- MS Excel və digər analitik proqramlarda sərbəst işləmə bacarığı (analitik sistemlər ilə iş təcrübəsi üstünlükdür);
- Azərbaycan dili sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik.
İŞİN TƏSVİRİ:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Bank üzrə kredit, likvidlik və bazar risklərinin effektiv idarə olunmasını təmin etmək, bu risklər üzrə ümumi risk iştahası çərçivəsi (Risk appetite framework) və risk limitləri, erkən xəbərdarlı sisteminin fəaliyyətinə dəstək vermək və icrasına nəzarət etmək;
- Maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və azaldılması üzrə daxili metodologiyaların, siyasət və prosedurların hazırlanmasına və mütəmadi yenilənməsini həyata keçirmək;
- Kredit portfeli üzrə risklərin təhlili, konsentrasiya riskləri, gözlənilən zərərlər (ECL) və stres-test nəticələri əsasında analitik hesabatların hazırlanmasını təmin etmək;
- Bankın likvidlik mövqeyinin (LCR, NSFR, likvidlik boşluqları,) davamlı monitorinqini həyata keçirmək və risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Bazar risklərinin (faiz dərəcəsi riski, valyuta riski) davamlı monitorinqi və risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Müxtəlif makroiqtisadi və bazar ssenariləri əsasında stres-test və ssenari analizlərinin aparılmasını təşkil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
- Mərkəzi Bankın və digər tənzimləyici qurumların tələblərinə uyğun olaraq maliyyə riskləri üzrə hesabatlılığın düzgün və vaxtında təmin olunmasına cavabdeh olmaq;
- Bankın digər struktur bölmələri ilə sıx əməkdaşlıq edərək risklərin idarə edilməsində koordinasiyanı təmin etmək;
- Risklərin idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemlərin və alətlərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək;
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək, əməkdaşların iş bölgüsünü aparmaq, onların peşəkar inkişafını və performansını qiymətləndirmək;
- Risk mədəniyyətinin gücləndirilməsi məqsədilə bank daxilində maarifləndirici yanaşmaların tətbiqinə dəstək vermək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə Riskləri üzrə Şöbə müdiri/Bölmə rəhbəri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Risklərin idarə edilməsi strukturu - Maliyyə Riskləri üzrə Şöbə müdiri / Bölmə rəhbəri
Şəhər:
Bakı