Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Kredit risklərinin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis
Risklərin idarə edilməsi strukturu

Kredit risklərinin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis

← Bütün vakansiyalar
Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
  • GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
  • Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər, maliyyə hesabatlarını təhliletmə bacarıqları;
  • Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.

 

İŞİN TƏSVİRİ:

 

  • Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə təkliflərin və düzgün strukturun verilməsini təmin etmək;
  • Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin minimallaşdırılması məqsədilə müvafiq təkliflər vermək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit risk reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
  • Hər bir kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsini həyata keçirmək;
  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları ilə bağlı zəruri biliklərə yiyələnmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit risklərinin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Risklərin idarə edilməsi strukturu - Kredit risklərinin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə