Akkreditivlər
Akkreditiv - Müştərinin tapşırığına əsasən satıcıya təqdim etdiyi malın/xidmətin haqqını ödəyəcəyi barədə Bankın üzərinə götürdüyü öhdəlikdir. Malın/xidmətin həyata keçirilməsini təsdiq edən sənədlər satıcı tərəfindən Banka təqdim edildikdən sonra ödəniş həyata keçirilir. Əgər şirkətiniz beynəlxalq ticarət əməliyyatları həyata keçirirsə, Sizin Bankınızın təqdim etdiyi akkreditivlər beynəlxalq hesablaşmalarda köməkçiniz olacaq.
Sizin Bankınız Sizə akkreditivlər üzrə aşağıdakı xidmətləri təklif edir:
- Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi;
- Məsləhət xidmətinin göstәrilmәsi;
- Müxbir banklar tərəfindən akkreditivlərin təsdiq edilməsi;
- Müştərilərin öz vəsaitləri hesabına idxal akkreditivlərinin açılması;
- AFB Bankın təqdim etdiyi kredit xətti hesabına idxal akkreditivlərinin açılması;
- AFB Bankın təqdim etdiyi kredit xətti hesabına möhlətli idxal akkreditivlərinin açılması;
- AFB Bankın və digər maliyyə institutlarının vəsaiti hesabına Akkreditivlərin sonradan maliyyələşdirilməsi;
- Digər banklar tərəfindən açılmış akkreditivlərin təsdiqlənməsi;
Akkreditiv əldə edərkən alıcı və satıcı aşağıdakı üstünlükləri əldə edir:
Alıcının üstünlükləri:
- Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra malın ödənişinə dair zəmanət;
- Malların / xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərə və müddətə uyğun alınmasına zəmanət;
- Ödəniş qabiliyyətinə təminat və qabaqcıl maliyyə alətlərinin nümayişi (endirim əldə etmək imkanı);
- Ödəniş şərtlərinə çevik yanaşma;
- Ödəniş üçün möhlətin verilməsi;
Satıcının üstünlükləri:
- Mal və xidmətlərin ödənişinin alıcıdan asılı olmayaraq alınmasına zəmanət (akkreditivin bütün şərtlərinə əməl olunması faktı üzrə)
- Ödəməni malın alıcıya çatdırılmasından tez almaq imkanı;
- Mal və xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərlə və müddət ərzində alınmasına zəmanət;
- Akkreditivin çevik sxemi sayəsində mürəkkəb kommersiya müqavilələrini həyata keçirmək imkanı;
Daha ətraflı məlumatı 1545 zəng mərkəzindən əldə edə bilərsiniz.
Kreditinizi online sifariş edin
- 1
kredit üçün lazım olan formanı doldurun
- 2
rahat əldə edin!