Qeyri-maliyyə risklərinin idarə edilməsi üzrə şöbə müdiri
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, Risklərin idarə edilməsi, Biznesin idarəedilməsi və ya əlaqədar sahələr üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük sayılır));
- Qeyri-maliyyə risklərinin (əməliyyat, uyğunluq, reputasiya, İT/kiber, ESG) idarə edilməsi minimum 3 illik iş təcrübəsi;
- Risklərin qiymətləndirilməsi alətləri və çərçivələri (COSO, Basel, ISO 31000) üzrə təcrübə üstünlükdür;
- Risklərin idarə edilməsi üzrə beynəlxalq sertifikata (FRM) sahib olmaq üstünlükdür;
- MS Office proqramlarında (Excel, PowerPoint, Word) yüksək səviyyəli işləmə bacarığı;
- Risk siyasət və prosedurlarını şərh etmək və tətbiq etmək bacarığı;
- Bank əməliyyatları və tənzimləyici qaydaları haqqında biliklər;
- Güclü ünsiyyət və əməkdaşlıq bacarığı, müxtəlif bölmələrlə effektiv işləmək qabiliyyəti;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi, məsuliyyətlilik, nəticə yönümlülük.
İŞİN TƏSVİRİ:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Qeyri-maliyyə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi, risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak etmək;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Əsas risk göstəricilərini (KRI) izləmək və limit pozuntularını vaxtında eskalasiya etmək;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Biznesin davamlılığı planının və fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qeyri-maliyyə riskləri üzrə şöbə müdiri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Risklərin idarə edilməsi strukturu - Qeyri-maliyyə risklərinin idarə edilməsi üzrə şöbə müdiri
Şəhər:
Bakı